Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 24 aprel — Sputnik. Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) baş direktoru Ülvi Mirzəyev işindən ayrılıb. Bu barədə Sputnik Azərbaycan-a MNX-dan məlumat verilib.
Bildirilib ki, baş həkimin hansı səbəbdən işindən ayrılması məlum deyil: "O, öz ərizəsi ilə işdən ayrılıb".
Qeyd edək ki, Ülvi Mirzəyev ixtisasca kardioloqdur. O, ötən ilin oktyabrında Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə bu vəzifəyə təyin edilmişdi.