İDMAN

Zədələnən futbolçumuz 3 həftə müalicə olunacaq

Kirilo Petrovun vəziyyətinə aydınlıq gəlib
Sputnik

BAKI, 24 aprel — Sputnik. "Neftçi" Futbol Klubunun idmançısı zədələnib. Sputnik Azərbaycan "Neftçi" futbol klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Sabah" klubu ilə oyunun əvvəllərində zədələnərək əvəzlənən Kirilo Petrovun vəziyyətinə aydınlıq gəlib.

Tibbi baxışın nəticələrinə görə, ukraynalı müdafiəçi budun arxa qrup əzələlərinin gərilməsi diaqnozu ilə 3 həftə müalicə olunacaq.

Qeyd edək ki, Kirilo Petrov bu mövsüm 24 oyunda meydana çıxıb.