“İsraildə keçirilmiş parlament seçkilərində hakim partiyanın yenidən qələbə qazanması Azərbaycan-İsrail münasibətlərinin keyfiyyətində müsbət dyişikliklər yaradacaq”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilmiş tədbirdə politoloq Sahil İsgəndər deyib.
Politoloq bildirib ki, bundan sonra münasibətlərimiz daha yüksək keyfiyyət müstəvisinə qalxacaq: “Azərbaycandan İsrailə köçən insanların faəliyyəti ikitərəfli münasibətlərimizin formalaşmasına və inkişafına müsbət təsir göstərir. O cümlədən, münasibətlərin dərinləşməsində və inkişafında ölkələrin geosiyasi və strateji maraqları dayanır. Müxtəlif mövzulardakı fikir ayrılıqları Azərbaycan-İsrail münasibətlərinə xələl gətirməyəcək”.
Qeyd edək ki, aprelin 9-da İsraildə keçirilən növbədənkənar parlament seçkilərində Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağ partiya “Likud” qalib olub.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz