Nazarbayev göz yaşlarını saxlaya bilmədi - VİDEO

Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-u keçiriləcək
Sputnik

BAKI, 23 aprel — Sputnik. Qazaxıstanın ilk prezidenti, "Nur Otan" Partiyasının sədri Nursultan Nazarbayev bu gün keçirilən partiya qurultayında üç ildən çoxdur istefaya hazırlaşdığını bəyan edib. Bu barədə Sputnik Qazaxıstan xəbər verir.

Qazaxıstan paytaxtının adı rəsmən dəyişdi

Nazarbayev, eyni zamanda ölkəyə rəhbərlik etdiyi 30 illik müddətdə ölkə üçün etdiklərinə görə özünü xoşbəxt insan adlandırıb: "Ona görə də mən düşünülmüş qərar qəbul etdiyimi deyəndə, bu, həqiqətən də belədir. Belə bir qərar bir günə və ya bir aya qəbul olunmur. Mən bu qərarı vermək üçün bir neçə ildir hazırlaşırdım. Sirr açıram – üç ildən çox. Bu illər ərzində öz silahdaşlarıma baxırdım, kadrlar yetişdirirdim və onların hər birinə ümidlər bəsləyirdim".

Sonda "Ölkəm mənim" mahnısı səslənərkən Nazarbayev göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, bu gün Qazaxıstanda ölkənin birinci prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə "Nur Otan" partiyasının qurultayı keçirilir. Nazarbayev Tokayenin prezidentliyə namizədliyini irəli sürüb. Tokayevin namizədliyini qurultayda iştirak edən 263 partiya üzvünün hamısı dəstəkləyib.

Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-u keçiriləcək.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan prezidenti Kasım-Comart Tokayev xalqa müraciətində bildirib ki, iyulun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Xatırladaq ki, təxminən, 30 il müddətinə ölkəni idarə etmiş Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev martın 20-də istefa verib. Ölkənin yeni prezidenti parlamentin yuxarı palatasını sədri Kasım-Comart Tokayev olub.