SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Oqtay Əsədov: “Azərbaycan-Aİ sazişi mayın 13-də imzalanacaq”

Spiker: “Bəzi qüvvələr bağlanacaq sazişə kölgə salmağa çalışırlar”
Sputnik

BAKI, 23 aprel — Sputnik. “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Bunun sülh, müharibə yolu ilə həyata keçməsi mümkündür. Bəzi qüvvələr Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq sazişə kölgə salmağa çalışır”. 

Lavrov açıqladı – Rusiya və Ermənistan önəmli saziş imzalayır

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, həmin qüvvələr müxtəlif bəhanələrlə bunu edirlər.

S.Novruzov qeyd edib ki, ölkə daxilində də sənədin imzalanmasına əngəl olan qüvvələr var.

Parlamentin sədri Oqtay Əsədov isə qeyd edib ki, sazişin imzalanmasına mane törədən qüvvələr ermənilərdir: “Saziş layihəsində Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi qeyd olunub, biz buna nail olmuşuq. Texniki məsələlər qalıb ki, onlar da həll edilir. Ermənilər bu sazişə əngəl olmağa çalışırlar. Saziş yüksək səviyyədə hazırlanıb, sazişin bu il mayın ayının 13-də imzalanması nəzərdə tutulur. Bu, Azərbaycan xalqının xeyrinə olacaq”.