BAKI, 22 aprel — Sputnik. Şri-Lankada terror aktlarını "Milli Tavhid-Camaatı" adlı qruplaşma törədib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Al Arabia" telekanalı məlumat yayıb.
Şri-Lankanın rəsmi nümayəndəsi Racita Senaratnenin sözlərinə görə, hazırda ölkə rəhbərliyi qruplaşmanın beynəlxalq dəstək alıb-almamasını araşdırır.
Qeyd edək ki, ötən gün Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı səkkiz partlayış baş verib. Partlayışlar nəticəsində 290 nəfər həlak olub.