ABŞ-da hər həftə 100 kilsə bağlanır

Bağlanan kilsələrin yerində pivə zavodları, bar və oyun sahələri inşa edilir
Sputnik

BAKI, 20 aprel — Sputnik. "ABŞ-da həftədə ən az 100 kilsə bağlanır. Son illərdə kilsələrdə baş verən utancverici qalmaqallar üzündən ABŞ-da minlərlə kilsənin qapısına qıfıl vurulub".

Bakıda kilsə xadimlərinin müqəddəs məkanda dəhşətli əməl törətdiyi iddia edilir

Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadla xəbər verir ki, bu, ABŞ-ın ictimai rəy institutu olan "Gallup" tərəfindən aparılan araşdırma hesabatında öz əksini tapıb. "Gallup" tərəfindən 50 ştatda təsadüfi seçimlə 14 min nəfər arasında sorğu keçirilib və hesabat hazırlanıb.

Aparılan araşdırmaya görə, son 20 ildə ABŞ-da kilsələrə üzvlük 70 faizdən 50 faizə düşüb: "1990-cı illərdə kilsələrə üzvlük 70 faiz ətrafında idi, hazırda isə bu rəqəm 50 faizə düşüb".

Hesabata görə, üzvləri olmadığı üçün hər il minlərlə ABŞ kilsəsi bağlanır: "ABŞ-da üzvlük itkisindən dolayı həftədə ən az 100 kilsə bağlanır. Bağlanan kilsələrin yerində pivə zavodları, bar və oyun sahələri inşa edilir".

Sosioloqlar son illərdə baş verən qalmaqalların kilsələrə olan etimadın azalmasından mühüm rol oynadığı fikrindədirlər.