İDMAN

Azərbaycan himni yeni versiyada səsləndiriləcək

Bu dəfə himni muğam ifaçısı Bəyimxanım Vəliyeva və vokal ifaçısı Nurlan Növrəsli oxuyacaq
Sputnik

BAKI, 19 aprel — Sputnik. Formula 1 üzrə Azərbaycan Qran Prisinin başlamasına sayılı günlər qalıb. Sputnik Azərbaycan xəbər verir ki, bu gün akkreditasiyadan keçən jurnalistlər üçün seminar keçirilib. Bakı Şəhər Halqasının (BŞH) əməkdaşları jurnalistlərə yeni qaydalar haqqında məlumatlar veriblər.

Tədqimat zamanı maraqlı məqamlara toxunan əməkdaşlar bildiriblər ki, Formula 1 yarışının rəsmi açılışı zamanı Azərbaycan Himni yeni versiyada tamaşaçılara təqdim olunacaq. Bu dəfə himni Əməkdar artist, muğam ifaçısı Bəyimxanım Vəliyeva və vokal ifaçısı Nurlan Növrəsli oxuyacaq.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 26, 27, 28 aprel tarixlərində keçiriləcək.