CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Novruz Məmmədov özünə mətbuat katibi təyin etdi

Tanınmış jurnalist Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat katibi oldu
Sputnik

BAKI, 17 aprel — Sputnik. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı müvafiq əmri baş nazir Novruz Məmmədov imzalayıb. Bu posta tanınmış jurnalist Ayaz Mirzəyev təyin edilib.

Novruz Məmmədov özünə mətbuat katibi təyin etdi

Qeyd edək ki, A.Mirzəyev Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədridir.

Cari ilin mart ayında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli təqaüdə göndərilib.