İDMAN

Rusiyalı media-ekspert: “Bakıya gəliş məqsədim "Formula-1" və Qız qalası ilə bağlı deyil”

“Rossiya Seqondya” BİA-nın icarçı direktoru Vasiliy Konov deyir ki, jurnalistlər özlərini təkcə yarış maşınlarının keçdiyi küçələrin çərçivəsi ilə məhdudlaşdırmamalıdırlar
Sputnik

“Ümid edirəm ki, bu layihə həmkarlarımızın da xoşuma gəldi və onlar əldə etdikləri məlumatlardan gələcəkdə öz işlərində istifadə edəcəklər”. Bunu Sputnik Azərbaycan-a SputnikPro-nun idman jurnalistləri üçün keçirdiyi təlimlər haqqında danışarkən rusiyalı media-ekspert, “Rossiya Seqondya” BİA-nın icarçı direktoru Vasiliy Konov deyib.

“Peşəkar jurnalistlər üzərində işlədikləri materialları yaxşı anlayır, buna görə də, mənim məqsədim onlara nəyisə öyrətmək yox, təcrübə mübadiləsi bölüşməkdir. Yaxşı olardı ki, yerli KİV-lərdə çalışan jurnalistlər anlasınlar ki, ölkədə keçirilən yarışlar sadəcə qol, hesab və saniyələrdən ibarət idman tədbiri deyil. Bu yarışmalar şəhərin beynəlxalq aləmdəki vitrinidir. Ölkədə keçirilən idman hadisələrinin düzgün işıqlandırılması imkan yaradır ki, Bakıya gəlmək məqsədi təkcə "Formula-1" və Qız qalası ilə bağlı olmasın. Bakının çox gözəl tarixi və keyfiyyətli modern arxitekturası var. Jurnalistlər özlərini təkcə yarış maşınlarının keçdiyi küçələrin çərçivəsi ilə məhdudlaşdırmamalıdırlar. Yoldakı maşınları hamı televiziya vasitəsi ilə görəcək, jurnalistlərin reportajları isə adi yarış məlumatından daha böyük və ətraflı olmalıdır” - deyə V.Konov bildirib.

Qeyd edək ki, SputnikPro çərçivəsində idman jurnalistləri üçün keçirilən təlimlər bu gün başa çatıb.

SputnikPro - jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri ilə öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir. SputnikPro layihəsi 2018-ci ilin yazında Minskdə start götürüb və media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Vasiliy Konovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz