Putin və Kim Çen In arasında görüş hazırlanır

Dmitri Peskov iki lider arasında görüş xəbərinin doğru olduğunu təsdiqləyib
Sputnik

BAKI, 15 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putinin və Şimali Koreya lideri Kim Çen In arasında görüş hazırlanır.

Sputnik Azərbaycan"RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hələlik görüşün vaxtı və keçirilmə yerinə dair konkretlik yoxdur: "Mən təsdiqləyə bilərəm ki, görüş hazırlanır. Biz bu barədə çoxdan danışırıq. Lakin hələlik sizə konkret bir şey deyə bilmərəm" - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.