İtkin düşmüş turistlərin axtarışı dəhşətli faktın üstünü açıb

Onlardan biri xilas edilsə də, bir neçə gün sonra dünyasını dəyişib
Sputnik

BAKI, 14 aprel — Sputnik. Dominikan Respublikasına gələn iki nəfər əcnəbi yoxa çıxıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-dan olan bu cütlük istirahət üçün Dominikan Respublikasına gəlib və bir müddət sonra onlardan xəbər-ətər kəsilib.

İtkin düşmüş turistlərin axtarışı dəhşətli faktın üstünü açıb

Onlar axtarışa verilib. Məlum olub ki, cütlük hava limanına gedən zaman ağır yol qəzasına uğrayıb və onların avtomobili hündür uçurumdan dənizə düşüb. Onlardan biri dənizdən xilas edilsə də, bir neçə gün sonra dünyasını dəyişib. Digərinin cəsədi isə bir neçə kilometr aralıda tapılıb.

Avtomobil 3 həftə sonra dalğıcların köməyi ilə sahilə çıxarılıb.