RUSİYA

Azərbaycan və Rusiya hərbçiləri arasında görüş olub

Büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxslərinin və mütəxəssislərin çıxışları olub
Sputnik

BAKI, 12 aprel — Sputnik. Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2019-cu il üçün əməkdaşlıq planına əsasən Bakıda "Silahlı qüvvələrin maliyyə təminatı sahəsində təcrübə mübadiləsi" mövzusunda işçi görüşü keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, tədbirdə hər iki ölkənin Müdafiə nazirliklərinin maliyyə və büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxslərinin və mütəxəssislərin çıxışları olub, qarşılıqlı fikir mübadiləsi aparılaraq qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər dinlənilib.