İDMAN

Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - Nigar Arpadarai danışır

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyir ki, yarış zamanı şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər gün ərzində açıq olacaq
Sputnik

“Aprelin 22-si gecə saatlarından aprelin 30-u səhər saatlarına qədər “Bakı Şəhər Halqası”nda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib.

“Yarış zamanı şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər gün ərzində açıq olacaq. “Bakı Şəhər Halqası” 3 trek zonaya bölünüb. Bu zonalara daxil olmaq üçün xüsusi icazələr olmalıdır və həmin icazələri xüsusi məkanlardan əldə etmək lazımdır. Onu da qeyd edim ki, birinci və ikinci zonalara giriş üçün icazə olduğu təqdirdə belə, giriş yalnız gecə saatlarında mümkün olacaq. Üçüncü zonaya isə icazəsi olan avtomobillər gündüz saatlarında da buraxılacaq” - deyə N.Arpadarai bildirib.

Nigar Arpadarainin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz