İDMAN

Daha bir güləşçimiz Avropa çempionu olub

Saypulla Absaidovun rəhbərlik etdiyi yığmamız qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub
Sputnik

BAKI, 10 aprel - Sputnik. Sərbəst güləş üzrə Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında çıxışını yekunlaşdırıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Saypulla Absaidovun rəhbərlik etdiyi yığmamız qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub. 

Qeyd edək ki, bunadək sərbəst güləşçilərimizdən Hacı Əliyevlə (65 kq) Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc mükafata sahib olub.