SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyədə bələdiyyə seçkiləri niyə gərgin keçdi - politoloq şərh edir

Politoloq İlqar Vəlizadə deyir ki, seçkilərin bu cür nəticələnməsi hakim partiyanın daxilində də islahatların aparılması ilə nəticələnə bilər
Sputnik

“Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri növbəti seçkilərin nəticələrinə təsir göstərəcək”. Bunu Sputnik Azərbaycan açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Türkiyədə hər zaman olduğu kimi bu dəfə də seçkilər gərgin şəraitdə keçib: “Bələdiyyə seçkilərində qalib gələn partiya çalışır ki, növbəti prezident və parlament seçkiilərində də uğurunu davam etdirsin. Türkiyədə bələdiyyə seçkilərinin gərgin keçməsinin bir səbəbi də bələdiyyələrin malik olduğu geniş səlahiyyətlərə görədir. İndiki bələdiyyə seçkiləri göstərdi ki, müxalifət partiyaları Türkiyə daxili siyasətində daha mütəşəkkil təmsil oluna bilərlər. Seçkilərin bu cür nəticələnməsi hakim partiyanın daxilində də islahatların aparılması ilə nəticələnə bilər. Ancaq bunların nə ilə nəticələnəcəyini zaman göstərəcək”.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) bir sıra böyük şəhərlərdə məğlubiyyətlə üzləşib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz