HADİSƏ

Tovuzda 4 yaşlı uşaq yandı

Azyaşlı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Sputnik

BAKI, 31 mart — Sputnik. Tovuzda 4 yaşlı uşaq yanıq xəsarətləri alıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Kənd sakini, 2015-ci il təvəllüdlü F.Əkbərov yaşadığı evdə içində qaynar su olan qabı üzərinə aşırıb və nəticədə yanıq xəsarətləri alıb.

Azyaşlı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.