BAKI, 1 aprel — Sputnik. Futzal üzrə Azərbaycan milli komandasının aprelin 8-9-da Bakıda, 10-12-də Latviyada, 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.
Sputnik Azərbaycan "AFFA"-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Joze Alesio da Silva hazırlıq prosesinə 14 futbolçu cəlb edib.
Qeyd edək ki, Azərbaycan yığması toplanış çərçivəsində aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya yığma komandaları ilə yoldaşlıq oyunları keçirəcək.
Millimizin heyəti məlum oldu
© © Cədvəl