Rusiyada yanğın zamanı mənzildə 5 nəfər ölüb

Üç nəfər hadisə yerində ölüb, iki nəfər isə təcili yardım avtomobili ilə aparılan zaman maşında keçinib
Sputnik

BAKI, 31 mart — Sputnik. Rusiyanın Nijni Novqorod şəhərində mənzildə yanğın nəticəsində 5 nəfər ölüb.

Sputnik Azərbaycan-ın RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.

Hadisə martın 30-da səhər saat 09.30 radələrində Nijni Novqorod şəhərinin Strokina küçəsindəki 58 saylı binanın 3 nömrəli mənzilində baş verib. Üç nəfər hadisə yerində ölüb, iki nəfər isə təcili yardım avtomobili ilə aparılan zaman maşında keçinib.

Faktla bağlı araşdırma aparılır.