HADİSƏ

Paytaxtda 20 yaşlı gənci qanına qəltan etdilər

Kənan Vəliyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb
Sputnik

BAKI, 30 mart — Sputnik. Bakıda gənc oğlan bıçaqlanıb.

Sputnik Azərbaycan-ın ONA-ya istinadla xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, Səməd Vurğun küçəsində 1999-cu il təvəllüdlü Vəliyev Kənan Zahid oğlu, özünün dediyinə görə, tanımadığı şəxs tərəfindən bıçaqlanıb. O, 1 saylı Xəstəxanaya yerləşdirilib.

Fakt Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırılır.