RUSİYA

Lavrov-Çavuşoğlu görüşü başlayıb

XİN rəhbərlərinin strateji planlaşdırma üzrə Birgə Qrupun 7-ci iclasında iştirak edəcəkləri gözlənilir
Sputnik

BAKI, 29 mart — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyaya səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşür. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Türkiyə və Rusiya arasında viza rejimi tam ləğv olunur

Məlumata görə, nazirlər əvvəlcə bir-birilərini salamlayıblar. Həmçinin, XİN rəhbərlərinin strateji planlaşdırma üzrə Birgə Qrupun 7-ci iclasında iştirak edəcəkləri gözlənilir.

Məlumata əsasən, Sergey Lavrov və Mövlud Çavuşoğlu terrorizmlə mübarizə sahəsində əməkdaşlıq, Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya, Ukraynadakı vəziyyət və Qara dəniz regionunda vəziyyət də daxil olmaq olmaqla, beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.

Nazirlər ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsinə, həmçinin "Akkuyu" AES və "Türk axını" qaz kəməri də daxil olmaqla energetika sahəsində birgə strateji layihələrin reallaşdırılması məsələsinə xüsusi diqqət ayıracaqlar.