QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib

Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü keçirilib
Sputnik

BAKI, 29 mart - Sputnik. Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü keçirilib.

Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan özünün "twitter" səhifəsində yazıb.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin çəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak ediblər.

Görüş Azərbaycan və Ermənistan rəhbərlərinin martın 29-da Vyanada keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, bu, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş olacaq.