Türkiyə-Rusiya iclasının yeri və vaxtı bilindi

Türkiyə və Rusiya arasında 2019-2020-ci illәrә dair mәslәhәtlәşmәlәr planı imzalanacaq
Sputnik

BAKI, 28 mart — Sputnik. Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının alt qurumu olan Birgə Strateji Planlaşdırma Qrupunun VII iclası 29 mart 2019-ci il tarixində Antalyada keçiriləcək.

Türkiyə və Rusiya arasında viza rejimi tam ləğv olunur

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Toplantıya Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiyanın xarici işlər naziri Sergey Lavrov sədrlik edəcək.

Qrup toplantısında iki ölkə arasındakı münasibətlər ilə yanaşı, regional və beynəlxalq proseslərə dair geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Toplantının sonunda Türkiyə və Rusiyanın Xarici İşlər Nazirlikləri arasında 2019-2020-ci illәrә dair mәslәhәtlәşmәlәr planı imzalanacaq.