HADİSƏ

Makqreqor karyerasını bitirsə də, ittihamlardan yaxasını qurtara bilmir

Makqreqor zorakılıqda ittiham olunur
Sputnik

BAKI, 27 mart - Sputnik. İrlandiya polisi idmançı Konor Makqreqora qarşı irəli sürülmüş seksual zorakılıq ittihamı ilə bağlı araşdırma aparır.

ONA-nın xəbərinə görə, idmançını zorakılıqda ittiham edən qadının adı açıqlanmır. 

Qeyd edilir ki, hadisə Dublinin kənarındakı mehmanxanada baş verib.

Döyüş idman növlərinin əfsanəsi karyerasını bitirdi

Döyüşçünün ünvanına irəli sürülən ittihamlar hələ sübut edilməyib. 

Yanvarda hüquq-mühafizə orqanları Makqreqoru həbs edib, amma ifadəsi alındıqdan sonra o, azadlığa buraxılıb. 

Qeyd edək ki, qarışıq döyüş növlərində çıxış edən irlandiyalı idmançı, iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor dünən karyerasına son qoyduğunu bildirib.