HADİSƏ

"Diqlas" ticarət mərkəzində yanğın zamanı xəsarət alanların dəqiq sayı bilindi

Ticarət mərkəzində yanğın zamanı 11 nəfər xəsarət alıb
Sputnik

BAKI, 26 mart - Sputnik. Bakıda ticarət mərkəzində baş verən yanğın zamanı, ümumilikdə 11 nəfər xəsarət alıb.
Bu barədə ONA-ya Səhiyyə Nazirliyindən məlumat verilib. 

Yanğında xəsarət alanların sayı artıb

Bildirilib ki, xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub. 

FHN əməkdaşlarından biri 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, qalanlarına isə yerində tibbi yardım göstərilib.