İQTİSADİYYAT

Kiçik və orta biznesin inkişafı üçün nələr edilməlidir - professor danışır

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, ölkədə kiçik və orta biznesin inkişafı istiqamətində makroiqtisadi tənzimləmə addımları atılmalıdır
Sputnik

Kiçik və orta biznesin inkişafı Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün vasitədir. Bunu Trend-ə eksklüziv müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, ölkədə kiçik və orta biznesin xüsusi çəkisi iqtisadi proseslərdə hələ arzuolunan səviyyədə deyil:

“Hazırkı şəraitdə ölkədə kiçik və orta biznesin inkişafı istiqamətində makroiqtisadi tənzimləmə addımları atılmalıdır. Bu ilk növbədə ölkədə həyata keçirilən pul-kredit siyasəti ilə bağlıdır. Yəni, kredit təşkilatlarının, xüsusən də bankların kiçik və orta sahibkarlıq sferasına, ümumilikdə qeyri-neft sektoruna maliyyə resurslarının yönləndirilməsi istiqamətində ciddi addımlar atılmalıdır. Hesab edirəm ki, ölkədə pul-kredit siyasətinin yumşaldılması, Mərkəzi Bankın uçot dərəcəsinin aşağı salınması və kommersiya banklarının passivlərində və aktivlərində islahatlar aparılması lazımdır”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz