VİDEO

Xanım Əhmədiyeva “Sən supersən!” layihəsində: tale belə gətirdi

Azərbaycanlı təmsilçi Xanım Əhmədiyeva NTV kanalında yayımlanan “Sən supersən!” layihəsinin super-mövsümünü tərk edib. Xanımın öz çıxışına necə hazırlaşdığını və çıxış sonrası təəssüratlarını Sputnik Azərbaycan-ın videosunda izləyin.
Sputnik

“Sən supersən!” səhnəsində Əhmədiyeva hər kəsin qabağına “Ay qaşı gözü qara qız” xalq mahnısı ilə çıxıb. Super-mövsümün münsiflər heyəti – bəstəkar İqor Krutoy, artistlər Aleksey Vorobyov, Diana Arbenina və Yolka – yekdilliklə yaşıl düyməni bassa da, təmsilçimiz nəticədə heç bir komandada yer ala bilməyib. 

“Mənə uşaq evinin bütün sakinləri inanır” - Xanım Əhmədiyeva Moskvada

Müsahibə zamanı isə gənc azərbaycanlı təmsilçi öz məyusluğunu gizlədə bilməyib və çox həyəcanlandığını qeyd edib. Bu da təəccüblü deyil, axı bu Xanımın böyük səhnədə ilk belə çıxışı idi.

Rusiyanın NTV telekanalı və “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun “Sən supersən!” layihəsi valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. "Sən supersən!" layihəsində MDB ölkələrindən, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan uşaqlar iştirak edir.

Qeyd edək ki, Azərbaycanı müsabiqənin ilk mövsümündə iki iştirakçı – Bakı şəhərindən Pərvanə Alcanova və Gəncə şəhərindən Xoşqədəm Mehdiyeva təmsil edib. Müsabiqənin ikinci mövsümündə isə Azərbaycanı Bakı şəhərindən Səməd Novruzov və Zaqatala rayonundan Namiq Cəbrayılov təmsil edib.

Əli Əhmədiyev “Sən Supersən!”də bacısını dəstəkləyir >>