Dünyanın ən böyük müsəlman ölkəsi güclü silkələndi

Milyonlarla müsəlman səhər yuxusundan vahimə ilə oyandı
Sputnik

BAKI, 24 mart - Sputnik. Bu gün yerli vaxtla saat 04.37 radələrində İndoneziyanın cənubunda 6,1 maqnitudalı zəlzələ olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı  Bitunq şəhərindən 141 km şimal-şərqdə, 37,4 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilmir. Sunami təhlükəsi barədə xəbərdarlıq olmayıb.

Qeyd edək ki, bundan əvvəl yerli vaxtla saat 01.31 radələrində İndoneziyanın Sulavesi adasında 5,4 maqnitudalı zəlzələ olub.