İlk sualtı restoran açıldı

Bu restoranda qiymətlər orta statistik Avropa restoranlarında olduğundan bahadır
Sputnik

BAKI, 22 mart - Sputnik. Avropanın ilk dənizaltı restoranı Norveçdə istifadəyə verilib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, restoranın dizayneri dünyada bir sıra maaqlı memarlıq abidələri yaradan memar olub.

Məlumata görə, qeyri-adi görünüşü ilə göz oxşayan restoran Nyu-Yorkdakı “11 sentyabr” və Norveçin paytaxtında yerləşən “Opera Muzeyi”nin dizaynını hazırlayan Snoehett tərəfindən dizayn edilib.

Qeyd edək ki, restoranda qiymətlər orta statistik Avropa restoranlarında olduğundan bahadır.