“A” QRUPU
Rahim Sterlinqin “het-trik”i İngiltərə komandasına "Uembli"də asan qələbə qazandırıb. “Mançester Siti” klubunun hücumçusu ilk hissədə hesabı açıb, Hari Keyn isə penaltidən komandasının ikinci qolunu vurub. Fasilədən sonra Sterlinq daha iki qol vurub. Sonda çexiyalı Tomas Kalas topu öz qapısına göndərib.
“B” QRUPU
Portuqaliya millisi öz meydanında keçirdiyi son 19 oyunda ilk dəfə qol vurmayıb. Andrey Pyatov milliyə qayıdışından sonra ilk matçında Kriştianu Ronaldunun fərqlənməsinə imkan verməyib. "Yuventus"un ulduzunun zərbələrindən savayı "Şaxtyor"un qapıçısı Pepe və Andre Silvanın da təhlükəli hücumlarını da dəf edib.
Jerson Rodrigesin gözəl qolu Lüksemburqa litvalılar üzərində qələbə qazandırıb. Hesabı Moskva “Dinamo”sundan Fyodor Çernıx açıb. Lakin fasilədən bir qədər əvvəl Barreyru Martinş bərabərliyi bərpa edib və ardından Jerson Rodriges topu litvalıların qapısına göndərib.
“H” QRUPU
Oyunun nəticəsini Antuan Qrizmanın ustalığı təyin edib: “AVRO-2016”nın ən sərrast oyunçusu Pol Poqbanın ötürməsindən sonra hesabı açıb. Daha sonra Rafael Varan Qrizmanın gözəl künc ötürməsini qola çevirib. Olivye Jiru və Kilian Mbappe qol fərqini 4-ə çatdırıblar. Vladimir Ambros isə Moldovanın bir “prestij qolu”nu vurub.