Türkiyədə kütləvi vəkil həbsləri başlayıb

Əməliyyat zamanı 108 nəfər vəkil tutulub
Sputnik

BAKI, 22 mart - Sputnik. Türkiyənin 37 bölgəsində FETÖ (Fətullahçı Terror Təşkilatı) əməliyyatı çərçivəsində 126 nəfər saxlanılıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, həbs olunanların çoxu vəkildir.

Məlumata görə əməliyyat zamanı 108 nəfər vəkil tutulub. Əməliyyatlar davam edir.