BAKI, 20 mart — Sputnik. Azərbaycanın daha iki idmançısı dopinq qəbuluna görə cəzalandırılıb.
Sputnik Azərbaycan-ın Azərbaycan Milli Antidopinq Agentliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin idmançılar bodibildinqçi Mürsəl Kərimov və cüdoçu Məhəmməd Rizvanovdur.
İdmançılara 4 illik cəza verilib. Onların cəzası bu ilin yanvar ayından hesablanmağa başlayıb.