İDMAN

Futbolçu qızlar arasında oyun zamanı dava düşdü

Epizodun yekununda hər iki futbolçu meydandan qovulub
Sputnik

BAKI, 19 mart — Sputnik. 17 yaşadək (U17) qızlar arasında Avropa çempionatının elit-raundunun Rusiya - İsveçrə matçında futbolçular arasında dava düşüb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, münaqişə iştirakçıları rusiyalı Diana Pamen ilə isveçrəli Ella Lüştina olub. İkinci hissədə Lüştina Pamendən topu aldıqdan sonra rəqib futbolçu onun ayağına zərbə endirib. İsveçrəli futbolçu isə buna cavab olaraq, rusiyalının sifətinə yumruq atıb. Nəticədə futbolçular arasında dava düşüb. Gənc qızları digər oyunçular ayırıblar. Epizodun yekununda hər iki futbolçu meydandan qovulub.

Qeyd edək ki, oyun İsveçrənin qələbəsi ilə yekunlaşıb - 4:2. Bununla da hər üç görüşündə uduzan Rusiya millisi qrupda sonuncu yeri tutub.