BAKI, 19 mart — Sputnik. Paytaxtın "8-ci kilometr bazarı" adlanan ərazisinin önündə qəza baş verib. Sputnik Azərbaycan-ın xəbərinə görə, 40 nömrəli marşrut üzrə hərəkət edən avtobus idarəetməni itirərək avtomobilə çırpılıb.
Avtobusun "Nissan" və "BMW" markalı avtomobillərə çırpılması nəticəsində daha bir avtomobilə də zərər dəyib. Qəza nəticəsində xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 30 yaşlı kişi döş qəfəsinin küt travması ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb: "Xəstəxanada ilkin tibbi yardım alan yaralı artıq evə buraxılıb. Qəzada xəsarət alan 72 yaşlı kişiyə isə yerindəcə yardım göstərilib".