CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Boksçumuz Avropa çempionu oldu

Azərbaycan millisi qitə birinciliyini 1 qızıl və 2 bürünc medalla başa vurub
Sputnik

BAKI, 18 mart — Sputnik. Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına yekun vurulub. Sputnik Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın son günü Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev final döyüşünə çıxıb. 

Kubalı boksçu Azərbaycan şou-biznesinə də iddialıdır

+91 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz həlledici görüşdə almaniyalı Viktor Yurkla üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. M.Abdullayev 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29628) hesabı ilə qalib gələrək, Avropa çempionu tituluna yiyələnib.

Beləliklə, Azərbaycan millisi qitə birinciliyini 1 qızıl və 2 bürünc medalla başa vurub. M.Abdullayevdən öncə Rüfət Hüseynov (49 kq) və Cəbrayıl Yelekov (81 kq) 3-cü yeri tutub.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız komanda hesabında 38 ölkə arasında 4-cü nəticəni göstərib. Yarışda qızıl medallar da məhz 4 millinin hesabındadır. Rusiya boksçuları 7 dəfə (7-0-0) çempionluq sevinci yaşadıqları halda, digər 3 ən yüksək əyarlı mükafat Bolqarıstan (1-1-0), Ukrayna (1-0-3) və Azərbaycan (1-0-2) idmançılarının payına düşüb.