BAKI, 17 mart — Sputnik. İndoneziyada leysan yağışlarının yaratdığı daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artır.
Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, Papua əyalətində baş verən daşqınlar nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb, 50 nəfər xəsarət alıb. Bundan əvvəl 40 ölü və 21 yaralı barədə məlumat verilirdi.
Daşqınlar daha çox Cayapura rayonunda olub. Xilasedicilər onlarla itkin düşmüş adamı axtarır.
Yüzlərlə ev qismən su altında qalıb, xilasedicilər hələ bir çox fəlakət rayonlarına daxil ola bilməyib. Yolların və körpülərin dağılması xilasetmə əməliyyatlarına mane olur.
Papua əyalətində 2 həftə fövqəladə vəziyyət elan edilib. Müvəqqəti sığınacaqlarda 4 mindən çox insan yerləşdirilib.