CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözəl Bayramlı azad edilib - FOTO

Azd edilənlər arasında AXCP sədrinin müavini Gözəl Bayramlı, eləcə də Şəmsiyyə Bəylərqızı da var
Sputnik

BAKI, 17 mart – Sputnik. Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Bakının Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bu cəzaçəkmə müəssisəsindən 25 nəfər azadlığa buraxılıb. Onların arasında, AXCP sədrinin müavini Gözəl Bayramlı, eləcə də Şəmsiyyə Bəylərqızı da var.

Gözəl Bayramlı azad edilib - FOTO

Həmin şəxslərə buraxılış arayışları təqdim olunub.

Qeyd edək ki, sərəncam ölkə üzrə, ümumilikdə, 431 nəfərə şamil olunub.