CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni monitorinq qrupu qəzet satışına necə nəzarət edəcək - Azər Həsrət açıqladı

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, qəzet köşkü adı ilə fəaliyyət göstərən satış məntəqələri qəzetdən başqa hər şey satırlar
Sputnik

Azərbaycan Mətbuat Şurası qəzet yayımı ilə bağlı vəziyyətin detallarının öyrənilməsi məqsədi illə MŞ-nin vaxtilə mövcud olmuş monitorinq qrupunun fəaliyyətini bərpa edib.

Bununla bağlı Sputnik Azərbaycan-a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, qəzet köşkü adı ilə fəaliyyət göstərən satış məntəqələri qəzetdən başqa hər şey satırlar:

“Məsələ burasındadır ki, satışla məşğul olan şəxslər qəzet satılmasında da maraqlı deyillər. Bu baxımdan qəzet köşklərinin təyinatı üzrə istifadəsi məqsədə uyğun olardı. O cümlədən metro keçidlərində və böyük marketlərdə ayrıca qəzet stendlərinin açılması vəziyyətdən xilas olmağa yardım edə bilər. Ümumilikdə isə qəzet işi perspektivsizdir. Yəqin ki, yaxın zamanda meydandan sıxışdırılıb çıxarılacaq. O zamana qədər çalışmalıyıq ki, insanlar axtardıqları qəzetləri alıb oxuya bilsinlər”.

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz