QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya Məmmədyarov–Mnatsakanyan görüşünü təşkil etməyə hazırdır

"Moskva bunu həmişə hörmətlə nəzərdən keçirir"
Sputnik

BAKI, 15 mart — Sputnik. Rəsmi Moskva Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü üçün meydança təqdim etməyə hazırdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 5-i Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü üçün meydançanın təqdim olunması imkanı barədə sualı cavablandırarkən bildirib.

"Tərəflər vasitəçilik və ya görüş yeri ilə bağlı müraciət edəndə Moskva bunu həmişə hörmətlə nəzərdən keçirir", - Zaxarova qeyd edib.