BAKI, 14 mart - Sputnik. “Azərbaycanda “Vərəmlə mübarizə haqqında” qanun 2001-ci ildə qəbul edilib və buna yenidən baxılması vacibdir”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin rəhbəri Hande Harmancı Milli Məclisdə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr edilən dinləmədə deyib.
Onun sözlərinə görə, ÜST Azərbaycana vərəmlə mübarizə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə yardım göstərməyə hazırdır: “Azərbaycanda vərəmlə mübarizə sahəsində çox ciddi işlər aparılır və bu, davam etdirilməlidir”.
“Bəzi ölkələrdə vərəmli insanlar ailə qurmaqda, iş tapmaqda çətinlik çəkirlər. Buna qarşı mübarizə aparmaq lazımdır” - deyə ÜST rəsmisi deyib.