SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Monteneqro 6 ölkə arasında müharibə olmayan yeganə ərazidir"

Milo Cukanoviç: "Biz regionda baş verənləri yaxından izləyir və müzakirə edirik"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. "Azərbaycan son illər çox vacib forumlar təşkil etməklə dünyada sabitliyə töhfə verir. Monteneqro da Azərbaycanın dost ölkəsidir".

"Terrorçular texnoloji inqilabın nailiyyətlərindən istifdə etməyə başlayıblar"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Monteneqronun prezidenti Milo Cukanoviç VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib. O bildirib ki, dünyada yeni problemlər yeni siyasəti tələb edir: "Yeni siyasət dünyada təhlükəsizliklə əlaqədar çox vacibdir".

"Əlbəttə, hər kəs öz mövqeyindən danışa bilər. Lakin Balkan ölkəsi olaraq deyə bilərəm ki, Monteneqro 6 ölkə arasında müharibə olmayan yeganə ərazidir. Lakin biz bununla kifayətlənmirik. Biz regionda baş verənləri yaxından izləyir və müzakirə edirik" - o vurğulayıb.

Cukanoviç qeyd edib ki, ölkələr xarici siyasətini elə qurmalıdır ki, burada əməkdaşlıq daha prioritet olsun: "Monteneqro buna üstünlük verir".