SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Daha bir ölkədən həyəcan siqnalı: "Bəşəriyyət məhv ola bilər"

Şefik Caferoviç: "Ayrı-ayrı ölkələr bu problemlərin öhdəsindən təkbaşına gələ bilməz"
Sputnik

BAKI, 14 mart — Sputnik. "Qarşımızda böyük problemlər var ki, onlardan biri qeyri-müəyyənlikdir. Kütləvi qırğın silahlarının məhdudlaşdırılması ilə bağll beynəlxalq müqavilələr illərdir öz bəhrəsini versə də, indi fərqli məsələlər ortaya çıxıb ki, buraya terrorizm və digərləri daxildir".

Əfqanıstan Prezidenti: "Dünyada qorxu yaşanır"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviç Bakıda keçirilən VII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib. O bildirib ki, bütün bunlar ictimai proseslərə təsir edir.

"Köhnə problemlər mövcudluğunu saxlayır. Bunun qarşısının alınması üçün səylər göstərməliyik. Qlobal məsələlər hər kəsə ziyan vurur. Ayrı-ayrı ölkələr bu problemlərin öhdəsindən təkbaşına gələ bilməz. Siyasətlər problemlərə görə hazırlanmalıdır. Hər bir ölkə üçün əsas məsələ təhlükəsizlikdir ki, bunu qlobal platformada təmin etmək mümkündür" - Caferoviç vurğulayıb.

"Bu problemlərin öhdəsindən potensialımızı birləşdirərək gələ bilərik. Müasir təsirlərə və təhlükələrə qarşı müasir həllər tələb olunur. Əsasən də qabaqcıl mübarizə dünyada əmin-amanlığa səbəb ola bilər" - o, əlavə edib.

Caferoviç vurğulayıb ki, münaqişələr bəşəriyyətin yer üzündən silinməsi ilə yekunlaşa bilər: "Beynəlxalq hüquq bunun qarşısının alınması istiqamətində səylərini gücləndirməlidir. Mənim ölkəm bunda maraqlıdır. Bosniya və Herseqovina beynəlxalq hüququn qorunmasında öz fəaliyyətlərini davam etdirir. Biz bununla yeni dünya quruluşuna nail ola bilərik".