MƏDƏNİYYƏT

Norveçli dizaynerdən göz yaşardan şüar: "Evimizə - Qarabağa geri qayıtmaq istəyirəm"

Norveçin kral ailəsinin dizayneri növbəti kolleksiyasını Azərbaycana həsr edib
Sputnik

BAKI, 13 mart — Sputnik. Ümumdünya şöhrətli, Azərbaycan əsilli norveçli dizayner Şervin Nəcəfpur Türkiyənin Antalya şəhərində özünün "I'm a Star" (Mən ulduzam) adlı yeni kolleksiyasını müxtəlif şüarlar altında təqdim edib.

Norveçli dizaynerdən göz yaşardan şüar: "Evimizə - Qarabağa geri qayıtmaq istəyirəm"

Kolleksiyanın şüarları arasında "Evimizə - Qarabağa geri qayıtmaq istəyirəm" (I want to go back home to Karabakh), "Xocalıya ədalət" (Justice For Khojaly), "Urmiya gölünü qoru" (Save lake Urmia), "Mən Təbrizin ulduzuyam" (I'm a Star in Tabriz), "Mən Bakının ulduzuyam" (I'm a Star in Baku) kimi ifadələr yer alıb.

Norveçli dizaynerdən göz yaşardan şüar: "Evimizə - Qarabağa geri qayıtmaq istəyirəm"

Dizaynerin özü Sputnik Azərbaycan-a verdiyi məlumatda deyib ki, onun bu dəfiləsi Türkiyə KİV-lərində böyük rezonans doğurub. Bu reaksiyaya səbəb modellər podiuma çıxarkən ekranda 25 ildən çoxdur Ermənistanın işğalı altında olan Azərbaycan şəhərlərinin adlarının (Xankəndi, Şuşa və s.) nümayiş etdirilməsi olub.

Norveçli dizaynerdən göz yaşardan şüar: "Evimizə - Qarabağa geri qayıtmaq istəyirəm"

Nümayişin əsas modeli kimi podiuma "Mister Azerbaijan" və "Best Model" müsabiqələrinin qalibi Şakir Əhmədzadə çıxıb.

Norveçli dizaynerdən göz yaşardan şüar: "Evimizə - Qarabağa geri qayıtmaq istəyirəm"

Şervin Nəcəfpur təkcə məşhurlar üçün deyil, Norveçin kral ailəsinin üzvləri üçün də geyimlər hazırlayır. O, əslən Cənubi Azərbaycandandır və vətəninə, millətinə sadiq olan sənət adamıdır. O, Antalyadakı moda nümayişi əsnasında çəkilən şəkilləri Instagramdakı səhifəsində paylaşıb. Onun bu paylaşımları erməniləri qıcıqlandırıb və onlar dizaynerin səhifəsini şikayət edərək bloklanmasına səbəb olublar.