İQTİSADİYYAT

Novruz bayramında qiymətlərlə bağlı proqnoz verildi

“Bayram öncəsi Novruz süfrəsi üçün xüsusi əhəmiyyət kəsb edən və kənd təsərrüfatı məhsullarının qiymətində də artımın olacağı danılmazdır" - Natiq Cəfərli
Sputnik

BAKI, 12 mart — Sputnik. “Bayramöncəsi hər il Azərbaycanda arzuolunmaz bir praktika geniş yayılıb. Yeni il və Novruz bayramı ərəfəsində Azərbaycanda bir sıra məhsulların qiymətlərində artım nəzərə çarpır. Bu həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır”.

Novruz bayramında qiymətlərlə bağlı proqnoz verildi

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

N.Cəfərlinin sözlərinə görə, bayramla əlaqədar olaraq artıq ərzaq məhsullarının qiymətində artım tempi özünü göstərir: “Bayram öncəsi Novruz süfrəsi üçün xüsusi əhəmiyyət kəsb edən və kənd təsərrüfatı məhsullarının qiymətində də artımın olacağı danılmazdır. Bu səbəbdən düşünürəm ki, bu il də öncəki bayramlarda olduğu kimi kəskin qiymət artımını müşahidə edəcəyik”.