İDMAN

Millinin baş məşqçisi Xorvatiya ilə keçiriləcək oyundan danışdı

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç deyir ki, Xorvatiya ilə oyun bizim üçün çətin olacaq
Sputnik

“Qarşıdakı 2-3 gün ərzində milli komandanın heyətini açıqlayacağam”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Report”a müsahibəsində Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç deyib.

“Düşünürəm ki, heyəti seçmək üçün kifayət qədər vaxtım oldu. 2-3 gün ərzində heyətdə kimlərin olduğunu biləcəksiniz. Heyətdə 20 futbolçu, 3-ü qapıçı olacaq. Ola bilər ki, bir neçə yeni oyunçu dəvət edək. Amma onların 2 ya 3 olacağını demək çətindir. Xorvatiya ilə oyun bizim üçün çətin olacaq, amma yaxşı nəticə üçün çalışacağıq. Qarşımızdakı komanda dünyanın ən güclülərindəndir. 0:0 bizim üçün fantastik nəticə olardı. Çalışacağıq ki, əlimizdən gələn hər şeyi edib yaxşı nəticə qazanaq. Bu, mənim üçün xüsusi matçdır. Yaxşı nəticə qazanmaq istəyirəm. Xorvatiya millisinə hörmət edirik, amma dediyim kimi, yaxşı nəticə üçün çalışacağıq” - deyə o bildirib.

Nikola Yurçeviçin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz