Zəhra Lari çoxdandır peşəkar idmanla məşğuldur. Amma onun haqqında bu yaxınlarda danışmağa başlayıblar. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) beynəlxalq tədbirlərdə çıxış edən ilk fiqurlu konkisürəni 12 yaşından konki üzərindədir. Ata-anasının dəstəyini alan Zəhra beynəlxalq turnirlərə hazırlaşıb və 2007-ci ildə həyatında ilk dəfə idman yarışının qalibi olub.
Zəhra Lari BƏƏ-nin beynəxalq səviyyədə hicabla çıxış edən ilk fiqurlu konkisürənidir. İyirmi dörd yaşlı idmançı Abu-Dabi universitetində təhsil alır və Krasnoyarskda keçirilən qış Universiadasına fəal surətdə hazırlaşıb.