Körpəsini zibilliyə atan ana: “Soyuq olmaması üçün sellofanın ağzını bağladım”

Türkiyədə yenicə doğulan körpəsini zibilliyə atan qadında 20 il həbs istənildi
Sputnik

BAKI, 8 mart — Sputnik. Türkiyədə qeyri-qanuni nikahdan dünyaya gətirdiyi körpəsini zibilliyə atan Aytən Kağıtmanlı və onun anası Fadime Kağıtmanlının məhkəməsi baş tutub. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, körpənin anası və nənəsinə 13 ildən 20 ilədək həbsi tələb olunub.

Bakıda xəstəxanada körpə ölüb

Öncə ailəli olub boşanan qadın 6 aylığında hamilə olduğunu bilib. Evin ayaqyolusunda övladını dünyaya gətirən qadın atasından qorxduğu üçün bunu gizlətməyə çalışıb. Məhz bu səbəbdən də anası ilə məsləhətləşərək körpənin zibilliyə atılmasına qərar veriblər. Uşağı isə səhər namazı üçün tezdən evdən çıxaraq məscidə gedən şəxs tapıb. O, zibilliyin yanından keçəndə ağlayan körpə səsi eşidib...

Bir övlad sahibi olduğu üçün qadına, "1 qız övladın da var, anasan, ən azı ona görə düşünmədinmi ki, çılpaq olaraq zibilliyə atdığın körpəyə soyuq olar?" – deyə verilən suala A.Kağıtmanlı belə cavab verib: "Körpəni sellofana qoymuşdum. Ona soyuq olmaması üçün sellofanın ağzını bağladım".

Qeyd edək ki, boşandıqdan sonra isə Aytən Kağıtmanlı qonşularının qohumu ilə nikahdan kənar münasibətdə olub.