BAKI, 8 mart — Sputnik. Rusiyanın Qara dəniz donanması Türkiyə Hərbi Dəniz Qüvvələri ilə birgə təlimlər keçirib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Qara dəniz donanmasının informasiya təminatı üzrə şöbənin rəisi, ikinci ranqlı kapitan Aleksey Rulev deyib.
Məlumata əsasən, hər iki ölkədən təlimlərdə müvafiq olaraq iki gəmi iştirak edib. Ekipaj üzvləri Qara dəniz hövzəsində qarşılıqlı əlaqələri, həmçinin, mümkün mina təhlükəsi zamanı gəmiləri bu zonadan uzaqlaşdırmasını məşq ediblər.
Türkiyə gəmiləri 6-8 mart tarixlərində keçirilən "Mavi Vatan 2019" təlimləri çərçivəsində Novotosiysk limanında olub.