"ABŞ qadağan olunmuş ərazilərə nüvə raket yerləşdirərsə, cavab verəcəyik"

Lavrov "Yaxın və Orta mənzilli raketlərin ləğvi haqqında" müqavilə barədə danışıb
Sputnik

BAKI, 8 mart — Sputnik. "ABŞ qadağan olunmuş ərazilərə nüvə raket yerləşdirərsə, cavab verəcəyik".

Lavrov Türkiyəyə gedir, Qafqazdakı vəziyyət müzakirə olunacaq

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Yaxın və Orta mənzilli raketlərin ləğvi haqqında" müqavilə barədə danışan Lavrov bildirib ki, ABŞ müqavilədən çıxdıqdan sonra qadağan edilmiş bölgələrə raket yerləşdirməyə başlayarsa, Moskva cavab vermə hüququna malikdir. Lavrov Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın müqaviləni pozması halında qadağan edilmiş bölgələrə Rusiyanın da raket yerləşdirilməsi əmri verdiyini bildirib.

Qeyd edək ki, martın 4-də Rusiya Prezidenti Vladimir Putin müqavilənin dayandırılması barədə fərman imzalayıb. Fərmana görə, ABŞ tərəfindən müqaviləyə dair öhdəliklərin pozulması aradan qaldırılanadək, yaxud müqavilənin müddəti başa çatanadək Rusiya tərəfi müqavilənin icrasını dayandırır.

Xatırladaq ki, ABŞ müqavilədəki iştirakını fevral ayının ortalarından dayandırıb.