İDMAN

İdmançılarımız Avstriyadan əlidolu qayıdır

Firdovsi Fərzəliyev (-60 kq) isə son saniyələrdə rəqibin mübahisəli zərbəsi ilə hesabda üstünlüyü əldən verib
Sputnik

BAKI, 4 mart — Sputnik. Karate üzrə əsas milli komandanın üzvlərindən Asiman Qurbanlı (+84 kq) və Ayxan Mamayev (-84 kq) Avstriyanın Zalsburq şəhərində mötəbər Seriya A karate turnirində müxtəlif medallara sahib olublar.

Sputnik Azərbaycan Karate Federasiyasına istinadən xəbər verir ki, A.Qurbanlı yarışın qalibi, A.Mamayev isə bürünc mükafatçı olub. Bürünc medal uğrunda həlledici görüşə qatılan Firdovsi Fərzəliyev (-60 kq) isə son saniyələrdə rəqibin mübahisəli zərbəsi ilə hesabda üstünlüyü əldən verib.

1-3 mart tarixlərində Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından Seriya A turnirinin bu mövsüm ilk mərhələsində rekord sayda, 99 ölkədən 2057 karateçi iştirak edib. Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən xüsusi referilər qrupuna daxil edilib.